RU
Rüşvət içində boğulan təhsil ocağı :136 saylı məktəbdə nə baş verir
12:55
15335

Rüşvət içində boğulan təhsil ocağı :136 saylı məktəbdə nə baş verir

Bayramlar gəldi-məktəblərdə pul yığımına start verilir deyən valideynlər müraciət ediblər. 
 
Verilən məlumatda bildirilir ki, 136 saylı məktəbin direktoru hər ayın əvvəli və axırı rüşvət toplamaqla məşğuldur. Bunun əlehinə çıxan kim olsa dərhal cəzalandırılır. Təhsil nazirindən kömək istəyən şikayətçilərin yazdığı məlumatda bildirilir:
 
"Respublikada son illər qəribə bir tandensiya müşahidə edilməkdədir. Rüşvətxorluq, korrupsiya, vəzifədən sui-istifadə etmək üstündə işdən qovulanlar, az keçmədən daha yüksək postlara təyin olunurlar. Təhsil sahəsi də bu baxımdan istisna deyil. Yarıtmaz fəaliyyətinə görə işdən çıxarılan təhsil müəssisələrinin rəhbərləri rayon təhsil şöbələri tərəfindən asanlıqla basqa məktəblərə təyinat alırlar. Yəni cəzalanmaq əvəzinə, mükafatlandırılırlar. Yəqin ki, bu müəmma öz-özünə baş vermir. Rüşvətxorlar yığdıqları pulun gücünə karyera pillələri ilə irəliləməyi bacarırlar. Burda deyiblər ki, balıq başdan iylənər.
 
Belə "işgüzar" kadrlardan biri də bu yaxınlarda Bakı Şəhəri üsrə Təhsil İdarəsi tərəfindən Xəzər rayonu 136 saylı tam orta məktəbə direktor təyin edilmiş Yaqut Məmmədovadır. Bu, onun təyin olduğu 3-cü direktor postudur. Əvvəllər Bakı şəhəri üzrə Təhsil İdarəsində işləyib. Onu məktəblərə korrupsiya ilə mübarizə etmək və vəziyyəti düzəltmək üçün göndəriblər. Amma belə çıxır ki, təhsilə rəhbərlik edənlər "qoyunu qurda" tapşırırlar. Daha açıq desək, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə üçün məktəbə rəhbər göndərilən kadr özü bu əməllərlə məşğuldur. Əvvəlllər korrupsiya və rüşvətxorluğa görə işdən çıxarılmış məktəb rəhbərlərini müvəqqəti əvəz etməyə göndərilmiş- Xətai rayon 245 saylı və Nizami rayonu 214 nömrəli tam orta məktəbdə də "qaş düzəltmək yerinə göz çıxaran" bu xanımı BŞTİ bu dəfə də 136 nömrəli tam orta məktəbdə vəziyyəti "yoluna qoymaq üçün" göndərib. İşə başladığı ilk gündən pedaqoji kollektivə qan udduran, üzürlü səbəbə görə işə çıxmayan müəllimlərdən "onu görməyi" tələb edən, zəif olduqlarını deyərək müəllimləri qovmaqla hədələyən və pul verildikdən sonra "sakitləşən" direktor 8 Mart Beynəlxalq Qadınlar Bayramında "yığım"la məşğul olub. Balideynlərdən pul almağı qadağan edən Yaqut Məmmədova müəllimlərin hamısından bayram münasibətilə ona pul verməyi tələb edərək kollektivin əmək haqqına göz dikib və rüşvət verməyənləri işdən qovacağı ilə hədələyib. Ondan şikayət etmək fikrinə düşənlərə isə "mənim arxamda nazirlik dayanıb, mənə hec nə edə bilməzsiniz" deyir. Qanunsuz olaraq riyaziyyat müəllimlərini "intahan" edən direktorun "sınağ"ından çıxanlar belə rüşvət verməyə məcbur ediliblər. "Bu barədə kimsə ağzından söz qaçırarsa, onun dilini hulqumundan qoparacağını vəd edən təhsil "qoçusu" bilmir ki, adamlara hədə-qorxu gəlmək cinayətdir və buna görə həbs oluna bilər. Bu qadın hətta o qədər harınlayıb ki, məktəbə KİV nümayəndələrini buraxmayan gözətçini "yaxşı işinə görə" pulla mükafatlandırıb. Hər sinifdən bu məqsədlə ayda 5 manat yığaraq ənam kimi onun əmrini yerinə yetirən məktəb gözətçisi Mirvariyə bağışlayır. Qapıçını öpüb bağrına basan direktor, üstəlik həmkarlar təşkilatından da onun üçün yardım ayrılmasını əmr edib. Əvvəllər müvəqqəti direktor işlədiyi hər iki məktəbdə nifrətlə xatırlanan bu "yubkalı jandarm" rəhbərlik etdiyi təhsil ocağında sərt rejim yaradaraq bütün kollektivi qorxu altında saxlayır. 
 
Məktəbdə adı rəsmi işçi kimi gedən laborant və bir neçə xadimənin maaş kartları da rüşvətxor direktorun əlindədir. Onlardan bəzisi hazırda ölkə xaricində olsa belə, hər ay "maaşlarını" alırlar. Məktəb bufetini işlədən Gülnarə xanım onun əlindən baş götürüb qaçıb. Direktor ondan gündə 12 yumurta verməyi, hər gün naharını təşkil etməyi və yüksək aylıq haqq ödəməyi tələb edib. Gülnarə xanım etiraz edəndə isə onu təhqir edərək, qadına yaraşmayan tərzdə hədə-qorxu gəlib. Bütün kollektivin qarğış və nifrətini qazanan direkror isə öz işindədir. 
 
Açıq dərslər keçirilməsini təşkil edən direktor bunun üçün ayrıca haqq almasına baxmayaraq, sonradan dərsin zəif keçdiyini bəhanə gətirərək hədə-qorxu gəlməklə, olnardan yenidən pul tələb edir. Onun yeni gələn müəllimləri açıq dərs keçirməyə məcbur etməsi qanunsuzdur. Bu yaxınlarda yeni gələn bir müəllimə güçlü təzyiq göstərib və nəticədə musiqi müəllimi qorxudan bayılıb. Uzun müddət özünə gəlməyən qadın üçün təcili yardım çağırmaq lazım gəlib. 
 
10-11 siniflərin dərsə gəlməyən şagirdləri üçün "taqsa" təyin edən direktora buna görə də "gözün üstə qaşın var "deyən tapılmayıb. Direktor, xəstə uşaqlar üçün nəzərdə tutulan və"evdə məktəb"layihəsində iştirak edən , o cümlədən, fakültetiv məşğələlər keçirən müəllimlərə bu məqsədlə ayrılan dövlət vəsaitini də mənimsəyir. Nəticədə müəllimlərdən hec biri xəstə uşaqlarla məşğul olmaq istəmir. Amma direktor ayda bir neçə dəfə onları zorla göndərməyə nail olur. Direktora bu qanunsuz əməllərdə yardım edən isə müavini Qənirə xanımdır. Canfəşanlıq göstərməsin neyləsin, axı gələn gəlirlərdən ona da müyyən qədər pay çatır. Y. Məmmədovanın məktəb daxilində tətbiq etdiyi əcaib qaydalardan biri də müəllimlərin ikilikdə söhbətinə qadağa qoymasıdır. Bir neçə müəllimin bir yerdə olduğunu görəndə isə səsini başına ataraq qiyamət qoparır. Qiyabi şöbədə təhsil alan şagirdlər dərsə gəlmədikləri təqdirdə, onların valideynlərindən 800-900 manat rüşvət aldığdan sonra bu şagirdlərə orta təhsil haqqında sənəd veriləcəyinə təminat verir. 
 
Mərkəzdən aralı, Binə qəsəbəsində yerləşən bu məktəbdə baş verənlər müəllimlərlə bərabər, valideynlərin də ciddi etirazına səbəb olub. Redaksiyaya göndərilən şikayət məktubunda direktorun ziyalıya yaraşmayan əməlləri sadalanır və və buna etinasız qalan müvafiq qurumların bu addımı şiddətlə qınanır. Bu yaxınlarda məktəbdə baş verən insident zamanı şagirdlərdən biri-Əli yoldaşı İlkini bıçaqlayıb. Lakin hadisə mətbuatdan gizlədilərək ört-basdır edilib. Bu olay özü də məktəb rəhbərliyinin başının "başqa" işlərə qarışdığını və nizam-intizamın son dərəcə zəiflədiyini göstərir. Direktorla yanaşı, müavinlərin də nə işlə məşğul olduğu məlum deyil. Qeyd edilir ki, bu insident məktəbdə baş verən ilk hadisə deyil. 
 
Biz valideynlərin və müəllimlərin ciddi narazılıq etdiyi direktor haqqında şikayəti işıqlandırdıq. Tədbir görmək isə Təhsil Nazirliyinin vəzifəsidir. Ölkə başçısı vəzifəsindən sui-istifadə edən məmurları ciddi cəzalandırdığı indiki şəraitdə özünü ziyalı insana yaraşmayan tərzdə aparan bir məktəb direktorundan edilən çoxsaylı şikayətlərin qulaqardına vurulmasını anlamaq olmur. Deyilənlərə görə rəsm müəllimi olan Yaqut xanım hazırda rəhbərlik etdiyi təhsil ocağında daha bir qanunazidd əmələ imza atıb. "ÇAĞ"Öyrətim İşlətmələri Türk litseyində işləyən müəllimlərə məktəbin sinif otaqlarını icarəyə verərək ayda 400-500 dolları qatlayıb cibinə qoyur. Bu qadın qanunsuz əməllərə yol versə də heç kimdən qorxub çəkinmir. Belə çıxır ki, rüşvətxor direktorun arxasında dayanan həqiqətən də Təhsil Nazirliyidir. /conflict.az
Mövzunu diqqətdə saxlayacayıq..."
 
Redaksiyadan: İnanırıq ki, məlum şikayətdən sonra Təhsil Naziri Mikayıl Cabbarov 136 saylı məktəbdə yaranan rüşvət problemini aradan qaldıracaq.
 
Qarşı tərəfidə dinləməyə hazırıq
 

 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ