RU
Rüşvətxorluqda ittiham olunan ABŞ senatoru təqsirli bilindi
15:40
39

Rüşvətxorluqda ittiham olunan ABŞ senatoru təqsirli bilindi


ABŞ-da münsiflər heyəti rüşvət və korrupsiyada mühakimə olunan senator Menendesi təqsirli bilib.

7NEWS.az xəbər verir ki, ABŞ-da rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, Nyu-Cersi ştatının senatoru Bob Menendez məhkəmə münsiflər heyəti tərəfindən təqsirli bilinib. Nyu-Yorkun Cənub Dairə Federal Məhkəməsində 9 həftə davam edən məhkəmə prosesinin nəticəsi olaraq hökm elan edilib. Məhkəmə münsiflər heyəti Menendezin rüşvət almaq, ona qarşı istintaqa təzyiq göstərməklə ədalət mühakiməsinə mane olmaq və xarici ölkə üçün fəaliyyət göstərmək də daxil olmaqla, 16 ayrı ittihamın hamısında günahkar olduğuna qərar verib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ