RU
Rövnəq Abdullayev
16:33
2942

Rövnəq Abdullayev "Böyük Dəbilqə"yə hazırlıqla tanış oldu

 

 

 

 

 

Mayın 6-8-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. 

7News.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sinayacaq.

Turnirin keçiriləcəyi idman sarayında sürətlə davam etdirilən hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib.
 
Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. Federasiya prezidenti idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ