RU
Rövnəq Abdullayev yanğın yerinə getdi
12:00
569

Rövnəq Abdullayev yanğın yerinə getdi

SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın yerinə gedib. 

7News.Az xəbər verir ki, bu barədə məlumat SOCAR-ın rəsmi “Facebook” səhifəsində yazılıb. 

Məlumatda qeyd olunub ki, SOCAR prezidenti bu gün səhər saatlarında platformadakı yanğın yerində olub. 

Qeyd edək ki, dünən “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın baş verib. Yatağın yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib. 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar. Hazırda yanğın davam edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ