RU
Rövşən Nəcəfov: “Prezidentin bu sərəncamı təhsil alanlar üçün mesajdır”
16:05
3199

Rövşən Nəcəfov: “Prezidentin bu sərəncamı təhsil alanlar üçün mesajdır”

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı 7News.az-a münasibət bildirən "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasının rəhbəri Rövşən Nəcəfov Təhsilimizlə bağlı atılan istənilən addımın, verilən qərarların gələcək üçün olduğunu dedi: “Ölkə başçımız cənab prezident İlham Əliyevin sərəncamı təhsil alanlar üçün mesajdır. Təhsilimizlə bağlı atılan istənilən addım, verilən qərarlar gələcək üçündür. Təhsilin gücü tələbənin cəmiyyətə hazırlanmasında stimul vermək və sosial baza yaratmaqdır. Ölkəmiz üçün vacib olan sahənin təhsil olduğunu, bu sahənin bütün sahələrin inkişafına təsiri daha çoxdur. Bu günki auditoriyalarda əyləşən tələbələr dərslərində və tədrislərində göstərdiyi yüksək nəticələri ilə ölkə başçısı tərəfindən dəyərləndirilir. Bir tələbə öz dərslərində uğurlu nəticələr əldə edirsə, sabah onun cəmiyyətə verəcəyi töhfədir. Cəmiyyətin inkişafı fərdi nümunələrin təqdim olunması ilə formalaşır. Təhsildə rəqabətin olması, bütün təhsilalanların özlərinə qoyduğu investisiyanı gücləndirəcək. Yəni, insan kapitalına köklənmək üçün təhsildə rəqabət mühiti yaranır. Təhsil sahəsi 21-ci əsrdə daha geniş sərhədlərə sahibdir. Cəmiyyətin maariflənməsində formal təhsildən qeyri-formal və informal təhsilə keçid edilir. Təhsilin istənilən növü cəmiyyətin inkişaf faydalılığını artırır. Təhsil maarifçiliyin açarıdır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ