RU
Rövşən Xəlilov mükafatlandırıldı
15:13
242

Rövşən Xəlilov mükafatlandırıldı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov idman aləmində tanınmış idmançılardandır.

Hər yarışda əzmkarlığı ilə fərqlənən Rövşən Xəlilov pauerliftinq üzrə 4 qat dünya, 3 qat Avropa çempionudur. O, dəfələrlə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib, bayrağımızı qürurla dalğalandırıb.

Məşhur idmançımızın uğurları davam edir. Belə ki, Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Rövşən Xəlilovu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinə görə fəxri fərmanla təltif edib.

İdmançıya karyerasında uğurlar arzulayırıq!

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ