RU
RYTN-in İranda həbs olunan əməkdaşı Azərbaycana qaytarıldı
20:34
414

RYTN-in İranda həbs olunan əməkdaşı Azərbaycana qaytarıldı

2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən "Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib.

Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: 

"Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ