RU
Rza Zərrab ABŞ-da həbs olundu
09:52
1016

Rza Zərrab ABŞ-da həbs olundu

Azərbaycan əsilli iş adamı Rza Zərrab həbs olunub.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrab ABŞ-ın Mayami şəhərində tutulub.

33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.

Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub.

Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ