RU
Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi - Ərdoğan işə qarışdı - FOTO
13:30
545

Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi - Ərdoğan işə qarışdı - FOTO

İranla qanunsuz ticarət əlaqələri və korrupsiya səbəbindən ABŞ-da saxlanılan Rza Zərrab aylar sonra ilk dəfə Nyu-Yorkda görüntülənib.

7News.Az haberler-ə istinadla xəbər verir ki, o, Nobu adlı restoranda yad qadınla suşi yeyərkən fotokameraya düşüb. Rza Zərrab şəklinin çəkildiyini hiss etdikdən sonra məkanı tərk edib.

Həmin qadının kimliyi bilinib. O, Rzanın vəkili imiş. Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

 

Azərbaycandan Türkiyəyə qayıdan prezident təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Rza Zərrabın yanındakı qadının onun vəkili olduğunu söyləyib.

Qeyd edək ki, Rza Zərrab Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə ailəli olub.

7News.Az

 Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi - Ərdoğan işə qarışdı - FOTO


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ