RU
Saakaşvili
14:37
838

Saakaşvili

Odessanın qubernatoru Mixail Saakaşvili Ukraynanın Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında iştirakını özünün feysbuk səhifəsində sərt tənqid edib.

7News.az bildirir ki, Saakaşvili Ukrayna idmançılarının Olimpiadada göstərdiyi nəticələri iflas və fəlakət adlandırıb:

"Bu, fəlakətdir! Bizi hətta Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka kimi Ukraynadan dəfələrlə kiçik ölkələr də qabaqladı. Ukraynadan on dəfə kiçik olan Gürcüstanın qazandığı medallara da baxın, Ukraynanınkına da baxın".

Saakaşvili Ukrayna idman nazirini təcili istefaya çağırıb.  

Ukrayna idmançıları 31-ci Yay Olimpiya Oyunlarında  2 qızıl, 5 gümüş, 4 bürünc olmaqla cəmi 11 medal qazanıb və ümumi hesabda 31-ci yeri tutublar. Bu, ölkənin idman tarixi üçün ən aşağı göstəricidir./teleqraf

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ