RU
Saakaşvili Gürcüstana qayıtmağı planlaşdırır
17:21
581

Saakaşvili Gürcüstana qayıtmağı planlaşdırır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana qayıtmaq niyyətindədir.

7news.Az xəbər verir ki, bu barədə Saakaşvili öz videomüraciətində deyib. Onun sözlərinə görə, Gürcüstandakı mövcud təhlükəli vəziyyətin öhdəsindən gəlmək üçün yalnız iqdisadiyyatı və həyat şəraitini yüksəltmək lazımdır: "Bununla şəxsən özüm məşğul olacam”.

 

Ölkəsinə qayıdacağını deyən Saakaşvili onu da vurğulayıb ki, prezident seçkilərindən sonra hazırkı hakimiyyətin axırına çıxacaq. O, bildirib ki, ona qarşı cinayət işi qaldırılır ki, Gürcüstana qayıda bilməsin: "Mən tezliklə Gürcüstana qayıdacağam və bütün proqramları öz komandamla birgə reallaşdıracağam. Gürcüstan xalqını darda qoymayacağam”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ