Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin vəzifəsindən azad edilməsi ilə bağlı fərman imzalayıb.
Mövcud sənəd dövlət başçsısının saytında da yerləşdirilib. Poroşenko keçmiş qubernatoru özünün ştatdankənar məsləhətçisi vəzifəsindən də uzaqlaşdırıb.
Qeyd edək ki, istefa qərarını əvvəlcə Saakaşvili özü verib. Bu ölkədə korrupsiya ilə mübarizə aparmağın mümkün olmadığını deyən keçmiş qubernator, cinayətkar klanda ölkənin birinici şəxslərinin yer aldığını bildirmişdi. Lakin, Saakaşvili vəzifədən getsə də, Ukraynanı tərk etmək niyyətində deyil. O qeyd edib ki, bu ölkədə siyasi fəaliyyətini davam etdirəcək.
Yeri gəlmişkən, dünən odessalılar vilayət administrasiyasının qarşısına toplaşaraq, onu təntənə ilə yola salıblar. Aksiya iştirakçılarının havaya buraxdığı ayı şəklindəki şarlarda yazılıb: "Sağ olun, bizim nəvazişli Mişamız”.








