RU
Saakaşvili Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib
22:30
1150

Saakaşvili Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Prezidentliyi dövründə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə 4 gizli görüş keçirdiyini deyib.

Sabiq Prezident belaruslu həmkarı ilə rəsmi Minskin Abxaziya və Osetiyanın müstəqilliyini tanınmaması məsələsini müzakirə edib.
M. Saakaşvilinin sözlərinə görə Londonda baş tutan bu görüşlər "gizli diplomatiya”nın bir parçası olub.
Sabiq Prezident qeyd edib ki, barəsində ilk dəfə danışdığı bu görüşlərin nəticəsində Belarus hələ də sözügedən qondarma qurumların müstəqilliyini tanımayıb.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə həbs edilmiş Gürcüstanın 3. Prezidenti M. Saakaşvilinin bu gün mənimsəmə işi üzrə növbəti məhkəmə dinləməsi keçirilib.

Tez-tez sözlü qarşıdurmaların yaşandığı iclas ölkə telekanallarından canlı yayımlanıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ