RU
Saakaşvili maaşının artırılmasına etiraz etdi
01:00
452

Saakaşvili maaşının artırılmasına etiraz etdi

“Əmək haqqımı mənim xəbərim olmadan artırıblar”.

Bunu Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılması xəbərinə münasibət bildirərkən deyib.

“Bu gün əmək haqqımın artırılması həqiqətən də, məni təəəcübləndirdi. Əminəm ki, Ukraynada məmurlar öz əziyyətlərinə görə maaş almalıdırlar. Nə mən, nə də mənim komandam burda pula görə yox, bu ölkənin daha parlaq gələcəyi üçün çalışırıq. Bu qərar mənim bilgim olmadan verilib. Adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə maaşımın artmağına heç vaxt imkan verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarları mütləq cəzalandıracam”.

Qeyd edək ki, bu gün mətbuatda M. Saakaşvilinin maaşının artırıldığı barədə xəbər yayılıb./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ