“Mən heç kimdən və heç nədən qorxmuram”.
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka mühafizədən imtina etdiyini bildirən məktub ünvanlayıb.
7News.Az-ın məlumatına görə, bu barədə o öz Facebook səhifəsində yazıb.
Onun təhlükəsizliyini “Alfa” xüsusi dəstəsinin əməkdaşları təmin edirdilər.
“Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm”, - Saakaşvili yazıb.








