Ukrayna Ali Radasının qarşısında bir neçə min insanın iştirakı ilə etiraz aksiyası keçirilir.
Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğv edilməsini, seçicilik qanunvericiliyinin dəyişdirilməsini, eləcə də, ölkədə antikorrupsiya məhkəməsi institutunun yaradılmasını tələb edirlər.
Aksiya Ukraynanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Xatırladaq ki, bu gün səhər saatlarından Ukrayna Radasının binasının ətrafında mühafizə gücləndirilib. Parlament binasının ətrafında isə Milli qvardiya və iki cərgə polis düzülüb./oxu
7news.Az







