Odessa vilayətinin qubernatoru postundan istefa verən Mixail Saakaşvili Ukraynada parlament seçkilərində iştirak etmək üçün yeni partiya yaratmağı planlaşdırır.
Saakaşvili bununla ölkənin siyasi elitasında dəyişiklik etmək fikrindədir.
"Biz geniş siyasi güc, yeni qüvvələrdən ibarət platforma yaradacağıq. Bizim məqsədimiz qondarma siyasi elitanı dəyişmək olacaq. Biznesi siyasətə qatmayacağıq, Yuxarı Palataya daxil olmasına icazə verməyəcəyik”, - deyə Saakaşvili Kiyevdə brifinqdə çıxışı zamanı bildirib./qafqazinfo
7news.Az








