"Sizi oktyabrın 22-də saat 12:00-da Radanın binası yaxınlığında "İslahat maydanı”na dəvət edirik”.
Bunu Ukraynanın "Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili özünün "Facebook” səhifəsində yazıb.
"Oliqarxlar üzərində "Poroşenkodan sonra Ukryana” adlı qələbə planını müzakirə edəcəyik”, -deyə o əlavə edib.
Hazırda Ukrayna Ali Radasının binası qarşısında bir neçə yüz nəfər etiraz aksiyası keçirir./oxu
7news.Az








