RU
Saakaşvili yeni partiya yaradır
17:06
454

Saakaşvili yeni partiya yaradır

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili "Xvılya" ("Dalğa") adlı yeni partiya yaratmaq istəyir.

Bu barədə Saakaşvili Rusiyanın "Korrespondent" nəşrinə müsahibəsində deyib.

"Xvılya" növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər", - deyə sabiq Gürcüstan prezidenti qeyd edib. 

Saakaşvilinin sözlərinə görə, o, bir müddət əvvəl bu barədə prezident Pyotr Poroşenkoya təkliflə müraciət edib: "Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Lakin bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ