RU
Saakaşvili yenidən məhkəməyə çıxarılır
14:00
186

Saakaşvili yenidən məhkəməyə çıxarılır

Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

7News.Az "Interpressnews”a istinadən xəbər verir ki, proses 7 noyabr hadisələri ilə bağlı gürcü siyasətçiyə qarşı irəli sürülən ittihamlar barəsində olacaq.

 

Məhkəmə yerli vaxtla 14:00-a təyin olunub və Saakaşvili də prosesdə iştirak edəcək.

Bununla yanaşı, siyasətçinin tərəfdarları məhkəmə binasının önündə aksiya keçirəcəklərini elan ediblər.

Qeyd edək ki, Mixail Saakaşvilini 2007-ci il noyabrın 7-də etiraz aksiyasının kütləvi şəkildə dağıdılmasında, "İmedi” televiziya şirkətinə hücum etməkdə və Badri Patarkaçişviliyə məxsus əmlakın qeyri-qanuni  yolla mənimsənilməsində ittiham olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ