Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin
Hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş"
şüarı ilə aksiya keçirilib.
7News.azxəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan
diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun
sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail
Saakaşvilinin yanında olub.
Mitinqdə Ukrayna ilə yanaşı Azərbaycan bayrağı da dalğalanıb.
Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət
orqanlarının binasına tərəf gediblər.
Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun
xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə
orqanlarının əməkdaşları müşayiət ediblər.
M.Saakaşvili növbəti mitinqin bazar günü - Maydanda keçiriləcəyini elan edib.
Bildirib ki, onu həbs etsələr belə "Yeni Qüvvələrin Hərəkatı" məqsədinə
çatmalıdır.
Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda
keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu
hazırlaya bilər.












