Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a seçici fəallığı 25,8 faiz olub.
O, qeyd edib ki, bu müddət ərzində dairə üzrə 40203 seçicidən 10369 seçici səs verib./azvision.az
7News.Az








