Saatlı rayon sakini çayda çimərkən boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayopnun Molla vaizli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Xalid Alışov Araz çayının Mollavaizli kəndi ərazisindən keçən hissəsində çimərəkən boğulub. Meyit sudan çıxarılıb və adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








