RU
Saatlıda 5 otaqlı ev yandı
22:38
460

Saatlıda 5 otaqlı ev yandı

Saatlı rayonunda yanğın hadisəsi qeydə alınıb.

7news.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, yanğın Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının qamışdan ibarət tavanı 80 m² sahədə və ev əşyaları qısmən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ