RU
Sabah 39 dərəcə isti olacaq
13:13
1184

Sabah 39 dərəcə isti olacaq

Avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 7news.Az-a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ