“Azəriqaz” məlumat yaydı.
Fevralın 5-də saat 10:00-dan 18:00-dək Abşeron, Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz”dan həmçinin bildirilib ki, aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
7news.az








