RU
Sabah Bakıda yaz havası olacaq
15:00
59

Sabah Bakıda yaz havası olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9 dərəcədən 14 dərəcəyədək, gündüz 16 dərəcədən 20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 17 dərəcədən 21 dərəcəyədək, dağlarda gecə 1 dərəcədən 6 dərəcəyədək, gündüz 12 dərəcədən 17 dərəcəyədək olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ