RU
Sabah Bakının bəzi hissələrində su olmayacaq
20:20
1194

Sabah Bakının bəzi hissələrində su olmayacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir. 

Bu barədə “Azərsu” ASC-dən 7news.Az-a bildirilib. 

Bununla bağlı olaraq, sabah saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ