RU
Sabah Bakının bu qəsəbələri təbii qazsız qalacaq
19:45
638

Sabah Bakının bu qəsəbələri təbii qazsız qalacaq

Sabah, avqustun 19-da, Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Bu barədə 7news.Az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumatda bildirilir ki, avqustun 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qobu”, “Müşviqabad”, “Aşagı Güzdək” və “Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ