RU
Sabah Bakının Nizami rayonu susuz qalacaq
20:16
993

Sabah Bakının Nizami rayonu susuz qalacaq

“Azərsu” abonentlərdən üzr istəyir.

Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işləri aparılacaq. 

Bu barədə “Azərsu” ASC-dən 7news.Az-a bildirilib. 

Təmir işləri ilə əlaqədar sabah saat 00:00-dan Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ