RU
Sabah bu ərazilərdə təbii qaz olmayacaq
21:30
1252

Sabah bu ərazilərdə təbii qaz olmayacaq

“Azəriqaz” xəbərdarlıq etdi.

Bakı şəhərinin Xəzər, Sabunçu, həmçinin Sabirabad rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə 7news.Az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Azəriqaz İB-nin Təmir Tikinti İdarəsi tərəfində yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar sabah-iyunun 29-da saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbəsinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ