RU
Sabah əksər rayonlarda qaz olmayacaq
18:23
569

Sabah əksər rayonlarda qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Noyabrın 6-da saat 10:00-dan 18:00-dək Abşeron, Hacıqabul, Ağdaş və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Bu barədə “Azəriqaz” İB-dən  bildirilib.

“Azəriqaz”-dan qeyd edilib ki, təmir müddətində Hacıqabul rayonunun Navai, Rəcbər, Qubalı və Pirsaat kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

“Aparılan işlərin Abşeron rayonunun Ceyranbatan, Qobu, Müşviqabad və Yeni Güzdək qəsəbələrinin, eləcə də Qax, Yevlax, Kürdəmir, Ağsu və Tovuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə qurumdan qeyd edilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ