Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi Fəqan Əhmədovun apellyasiya şikayəti icraata götürülüb.
F.Əhmədovun vəkili Ceyhun Yusifov "Qafqazinfo”ya bildirib ki, zərərçəkmişin hüquqi varisi də hökmdən narazıdır.
Belə ki, vəfat edən P.Əhmədovanın valideynləri F.Əhmədovun ağır ittihamla mühakimə olunmasından apellyasiya şikayəti veriblər. F.Əhmədov özü isə ittiham olunduğu maddənin düzgün tövsif edilmədiyini bildirib. Keçmiş hakim apellyasiya şikayətində həyat yoldaşını qəsdən deyil, ehtiyatsızlıqdan ölümünə səbəb olduğunu qeyd edib.
Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan F.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
7NEWS.Az








