RU
Sabah günəşli hava olacaq
12:46
558

Sabah günəşli hava olacaq

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ