RU
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olmalıymış, İrəvan iştirakdan imtina edib
16:50
298

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olmalıymış, İrəvan iştirakdan imtina edib

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib, Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvann qərarından təəssüfləndiyini söyləyib.

Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ