RU
Sabah qaz olmayacaq
20:23
747

Sabah qaz olmayacaq

Sabah Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Yanvarın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və ''Əlillər'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göy-Göl rayonunun Balçılı və Qırxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ