RU
Sabah toyu olmalı idi: Astarada DƏHŞƏT
23:05
936

Sabah toyu olmalı idi: Astarada DƏHŞƏT

Astara rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə Astara şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "BMV” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-2107” markalı avtomobilin sürücüsü ölüb, avtomobildəki daha bir nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı toqquşan avtomobillərin sürücüsü əmioğludurlar. Bununla yanaşı, qəzada ölmüş "VAZ-2107” markalı avtomobilin sürücüsünün sabah toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ