RU
Sabahın HAVA PROQNOZU: Şaxta və...
13:55
493

Sabahın HAVA PROQNOZU: Şaxta və...

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 4-7° isti,Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütünundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Bölgələrdə də sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, olacağı gözlənilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ