Cəbrayıl rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev səhhətində ciddi problem yaranması barədə yayılan məlumatlara münasibət bildirib.
Sabiq icra başçısı Ölkə.Az saytına açıqlamasında deyib ki, bu barədə məlumatlar doğru deyil:
"Səhhətimdə problemlərin yaranması barədə yazan adamlar yəqin ki, mənim qayğıma qalırlar. Nə olub mənim gözlərimə? Onu yazan adam məni harada görüb? Kaş onun gözü tutulaydı. Əksinə, indi mən çox gümraham, pensiyadayam, evdə istirahət edirəm. Dəniz kənarına tez-tez gedib gəzirəm”.
M.Quliyev sentyabrın 26-da keçiriləcək referendumla bağlı da danışıb:
"Referendum günü biz nəsillikcə, ailəliklə gedib səs verəcəyik. Referenduma çıxarılan əlavə və dəyişiklik Azərbaycan dövləti və xalqı üçün çox faydalı və əhəmiyyətli layihədir. Buna görə də hər kəs hamılıqla gedib referendumda lehinə səs verməlidir”.
7news.Az








