RU
Sabiq məşqçimizin ölümünə görə matəm elan olundu
10:11
512

Sabiq məşqçimizin ölümünə görə matəm elan olundu

Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

 

7News.Az xarici KİV-lərə istinadən xəbər verir ki, tanınmış futbolçu ilə vida mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. 

CBF-nin qarşısındakı bayraqlar endiriləcək, ölkə çempionatında oynanılacaq görüşlər isə 1 dəqiqəlik sükutla başlayacaq. 

Qeyd edək ki, K.A. Torres ötən gün 72 yaşında infarktdan vəfat edib.

K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionu olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ