"Mən xüsusilə Türkiyə xalqına və prezidentə təşəkkür etmək istəyirəm. Prezident olduğum müddətdə Bayraktarı almaq üçün ilk cəhdi etdim”.
Bunu "haberturk”ə müsahibəsində Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko deyib.
"Hazırda Bayraktar Ukrayna üçün hər şey deməkdir. Hətta Bayraktar adlı mahnımız da var.Bu mahnı Youtube-da 3 milyondan çox izlənilib. Türkiyə əsl dostdur”- Poroşenko qeyd edib.
Türkiyənin Ukryana məsələsində tutduğu mövqeyi alqışalayan Poroşenko deyib ki, dostum Prezident Ərdoğanın səylərini çox yüksək qiymətləndirirəm: "Ukraynanın əsl dostu olan Ərdoğan səmimi olaraq bu müharibəni bitirməyə çalışır.
Görüşlər üçün Antalya kimi çox düzgün yer tapdı, ev sahibliyi etdi...”./olke
7NEWS.Az








