RU
Sabiq sektor müdirinə hökm oxundu - 10 il
23:30
472

Sabiq sektor müdirinə hökm oxundu - 10 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə Elşən Mustafaoğluna hökm oxunub.

Məhkəmənin höküm ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında Elşən Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub./qafqazinfo

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ