RU
Sabir Fondu Binəqədi gənclərinə qan qruplarına görə peşə seçimindən təlim verdi
18:59
2056

Sabir Fondu Binəqədi gənclərinə qan qruplarına görə peşə seçimindən təlim verdi

Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə  youtube, vebi-nar, skype konfransla keçirilməsi” adlı layihəyəsi çərçivəsində növbəti seminar keçirib.

Təlimçi Sevda Tahirli çıxış edərək bildirib ki, seminarlarda gənclər qan qrupundan asılı olaraq xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailə daxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədəki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə edəcəklər.

Seminarlarda “Qan qruplarına görə peşə seçimi”, “Uğur yolu və ətraf mühitin kimliyinin müəyyən olunması”, “Qan qrupu ilə insan xarakterinin müəyyən olunması”, “Ailədaxili münasibətlərdə qan qrupunun təsiri”, “Qan qrupundan qaynaqlanan xüsusiyyətlər işgüzar müstəvidə özünü necə təzahür etdirir”, “Qan qrupu və xəstəliklər” mövzularında diskussiyalar aparılıb, iştirakçılara bu barədə ətraflı məlumat verilib.

Seminar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. 

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ