Xalq şairi Sabir Rüstəmxanlının bacısı oğlu Vüqar İsrafilov dünyasını dəyişib.
Diaspor.Az xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin məzunu olan Vüqar İsrafilov xüsusi istedadı ilə seçilən gənc olub. Vüqar İsrafilov "Cavad xan” filmində də rol alıb. Mərhumun ölümünə beynindəki bədxassəli şiş səbəb olub.
Allah rəhmət eləsin!
7News.az








