Sabirabadda 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Murtuzəli Mehdi oğlu Musayev yüksək gərginlikli elektrik transformatoruna müdaxilə edib və o, elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır./apa
7News.Az








