RU
Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək ağr xəsarət alıb
20:25
637

Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək ağr xəsarət alıb

Həmkəndliləri tərəfindən döyülən Sabirabad sakini ağır xəsarət alıb.  

7news.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəngən kəndində qeydə alınıb.   Kənd sakini, 1991-ci il təvəllüdlü Şamo Dilavər oğlu Qəhrəmanov həmkəndliləri - 1979-cu il təvəllüdlü Əmənov İlqəm Əvəz oğlu və Fərman adlı şəxs tərəfindən döyülüb.   Zərərçəkən mədə-bağırsaq qanaxması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.     Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ