RU
Sabirabad sakini üç kiloqramdan artıq narkotiklə tutuldu
16:40
190

Sabirabad sakini üç kiloqramdan artıq narkotiklə tutuldu

Sabirabad sakinindən narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bildiq kənd sakini S.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun qohumuna məxsus evdə gizlətdiyi 3 kq 120 qram marixuana da aşkar edilərək götürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ