RU
Sabirabadda 5 otaqlı ev yandı - FHN
11:47
370

Sabirabadda 5 otaqlı ev yandı - FHN

Sabirabad rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.

Hadisə Yenikənd kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ