Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Bulaqlı kəndi ərazisində "Qazel" markalı avtomobillə "KamAZ" markalı avtomobil toqquşub.
Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır./apa
7news.Az








