RU
Sabirabadda avtomobil beton dirəyə çırpıldı - ÖIən var
13:00
32

Sabirabadda avtomobil beton dirəyə çırpıldı - ÖIən var

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hacı Gülağa oğlu Əbilov QAZ-3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Tofiq Hacıbala oğlu Ağammədov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ